Qalacıq yaşayış yeri (Kəngərli)

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:08, 14 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qalacıq yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndinin şimal-şərqində (e. ə. III minilliyə-I minilliyyin əvvəlinə aid yaşayış yeri.

Sahəsi 30 hektardır. Qalınlığı 3 metrdən artıq olan mədəni təbəqə hər tərəfdən əkin sahələri ilə əhatə olunmuşdur. Burada dən daşları, daş gürzlər, həvəngdəstələr, tunc bəzək əşyaları, naxışlı monoxrom və boyalı saxsı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları aşkara çıxarılmışdır. Yaşayış bina lari və qala divarlarının qalınlığı tikinti texnikası nın yüksək səviyyədə olmasından xəbər verir[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 243-244.