Qalacıq yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndinin şimal-şərqində (e. ə. III minilliyə-I minilliyyin əvvəlinə aid yaşayış yeri.
Sahəsi 30 hektardır. Qalınlığı 3 metrdən artıq olan mədəni təbəqə hər tərəfdən əkin sahələri ilə əhatə olunmuşdur. Burada dən daşları, daş gürzlər, həvəngdəstələr, tunc bəzək əşyaları, naxışlı monoxrom və boyalı saxsı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları aşkara çıxarılmışdır. Yaşayış bina lari və qala divarlarının qalınlığı tikinti texnikası nın yüksək səviyyədə olmasından xəbər verir[1].