Qazak Toquzov

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 11:12, 2 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qazak Toquzov
oset. Тогъуызты Газакк
Doğum tarixi 10 (22) dekabr 1888
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1938(1938-01-05) (49 yaşında)
Fəaliyyəti şair

Qazak Toquzov[1] (oset. Тогъуызты Газакк; 10 (22) dekabr 1888, Ardon, Rusiya imperiyası5 yanvar 1938) — Osetin şairi. O, “İlas Arniqon” (n) və “İlas Mızuron” təxəllüsü ilə şeirlər yazmışdır.

10 dekabr 1888-ci ildə Ardon kəndində (bu gün ki Ardon şəhəri) kasıb bir kəndli ailəsində anadan olmuşdur. Atasının ölümündən sonra anasının himayəsində böyüyür. Doğma kəndində ibtidai məktəbi bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur və 1909-cu ildə oranı bitirir. Kurtat dərəsindəki Lats kəndində müəllim işləyir. Müəllim olaraq osetin şifahi xalq yaradıcılığını toplayıb qeyd edir.

1911-ci ilin yanvarında Trans-Baykal Dəmiryolunu tikmək üçün Mançuriyaya işləməyə gedir. 1911-ci ilin sentyabrından Xinqan stansiyasında müəllim işləmiş, 1913-cü ilin yayına kimi burada çalışmışdır. 1914-cü ilin payızından Vladiqafqazdakı Şərq Xalqları İnstitutunda könüllü olur. 1915-ci ildə ikinci kursa girir. Mançur, çin, ingilis və fransız dillərini öyrənmişdir. 1918-ci ildə institutu bitirir.

1919-cu ildə Uzaq Şərq Müvəqqəti Hökumətinin ordusuna səfərbər olunur. Döyüşmək istəmədiyi üçün ordudan qaçıb Harbində gizlənir. 1924-cü ildə Çin Şərq Dəmiryolu işçilərinin uşaqları üçün bir məktəb açır. 1925-ci ildə Xinqan stansiyasına qayıdır və burada 1928-ci ilə qədər yerli bir məktəbin direktoru olaraq çalışır. 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilir.

1934-cü ildə öz vəsaiti hesabına çap etdirdiyi “Osetin qrammatikası”nı yazır. Elə həmin il Yaponiya əsgərləri tərəfindən Mançuriyada tutulduqdan sonra ailəsi ilə birlikdə Osetiyaya qayıdır. Vladiqafqazda kitab nəşriyyatında tərcüməçi və redaktor işləyir. 1937-ci ildə repressiyaya məruz qalaraq 5 yanvar 1938-ci ildə güllələnir. 1955-ci ildə ölümündən sonra bəraət alır+.

Vladiqafqazın Tamaev küçəsindəki 40 saylı evdə Qazak Toquzova həsr olunmuş xatirə lövhəsi qoyulmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ardon İlahiyyat Seminariyasında oxuyarkən ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. 1915-ci ildə o, ilk şeirlərini “İlas Mızuron” təxəllüsü ilə “Xristian həyatı” (oset. «Чырыстон цард») jurnalında dərc etdirir. Əsərlərinin çoxunu Mançuriyada yazır, oradan çap olunmaq üçün Osetiyanın “Rastcinad”, “Xurzarin” qəzetlərində, “Ziu” və “Max duq” ədəbi jurnallarında dərc etdirir[2].

Daniel Defonun "Robinzon Kruzo" əsərini və Anton Çexovun bir neçə hekayəsini osetin dilinə tərcümə edir.

  • Арнигон Илас, Писатели Северной Осетии. Орджоникидзе, 1973.
  • Илас Арнигон// Джикаев Ш., Осетинская литература. Краткий очерк. Орджоникидзе, 1980.
  • Илас Арнигон// Ардасенов Х., Очерк истории осетинской литературы, Орджоникидзе, 1959, стр. 246—248
  • Тогузов Газак (Василий) Иласович// Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 98 — 101, ISBN 978-5-7534-1499-01
  1. "Qazak Toquzov". 2021-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-05.
  2. "Qazak Toquzov". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.