Ardon (şəhər)

Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir.[4]

Ardon
43°10′ şm. e. 44°17′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1824[1][2]
Sahəsi
  • 20,7 km²
Mərkəzin hündürlüyü 420 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 18.915 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86732
Poçt indeksi 363330–363334
Xəritəni göstər/gizlə
Ardon xəritədə
Ardon
Ardon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ardon şəhəri Osetiya yamacında, Ardon çayının sol sahilində və Tarqaydon qolunda, Vladiqafqazdan 35 km şimal-qərbdə yerləşir. Şəhərdə mülayim kontinental iqlim üstünlük təşkil edir. Ən isti ay iyul ayı hesab olunur, ortalama temperatur 20.4 ° C, ən soyuq ay yanvar ayıdır.Şəhərdə orta temperatur 9.4 ° C təşkil edir. Hər il şəhərdə təxminən 512 mm yağış yağır.[5]

1824-cü ildə Elizavetinski və Konstantinovski hərbi yaşayış məntəqələri arasındakı yol Terekin sol sahilinə köçürüldü. Onu qorumaq üçün Ardon da daxil olmaqla bir sıra yeni məkanlar inşa edildi. Bir il sonra, hərbi məkanın yaxınlığında Alagir dərəsindən dağ sakinləri tərəfindən məskunlaşmağa başlayan bir kənd yarandı. 1838-ci ildə Osetiya kəndi yaxınlığında Ardon kəndi yarandı. Vladiqafqaz kazak alayının bir hissəsi buraya köçürüldü. Xidmətdən kənarlaşdırılan kazaklar yaşayış yerlərinin tənzimlənməsi ilə məşğul olurdular. Hökumət, lazımi alətləri almaq üçün 10 min rubl xərclədi, çatdırmaq üçün arabaları olan 60 cüt öküz ayırdı.1964-cü ildə Ardon şəhər statusu aldı.[6]

Sənaye müəssisələri

[redaktə | mənbəni redaktə et]

Ardon şəhərində şüşə zavodu, Alkoqol zavodu, Asfalt zavodu, "Прогресс" daş karxanası zavodu, Kərə yağıpendir fabriki fəaliyyət göstərir.[7]

1 yanvar 2019-cu il tarixində şəhər əhali yerləşməsinə əsasən Ardon şəhəri Rusiya Federasiyasının 1115 şəhərindən 683-cü yerdə idi. 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Ardon şəhərinin əhalisinin milli tərkibini osetinlər 78,1 %, ruslar 17,8 %, ermənilər 1,4 %, digərləri 2,7% təşkil edir.[8]

Təhsil və Mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Şəhərdə 6 uşaq bağçası, 4 orta təhsil müəssisəsi, Ardon Aqrar və Texnologiya Kolleci, İdman kompleksi, Mədəniyyət Sarayı, Musiqi məktəbi, Mədəniyyət və Təhsil Muzeyi, Kitabxana, İstirahət və mədəniyyət parkı (2017-ci ildə açılıb) mövcuddur.

  • Qədim Tsırt məzarlığı
  • İkinci Dünya Müharibəsində şəhid olan əsgərlərə kütləvi məzarlıq
  • Ardonda kazak kəndinin qurucularına bir abidə
  • Şəhərin girişində İbadət
  • Şəhər mərkəzindəki Lenin abidəsi
  • 2 nömrəli məktəbdə Stalin abidəsi
  • Ardon Mədəniyyət və Təhsil Muzeyi
  • Sozırıko Xoranov abidəsi
  1. Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 2. С. 185.
  2. АРДОН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  3. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  4. "Ардон (город)". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  5. "Ардон: город у бешеной реки". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  6. "Ардон Северной Осетии России - Города и регионы". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  7. "Народная энциклопедия городов и регионов России". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  8. "Приказы МГГУ по Всероссийской переписи населения 2010". 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.