Sevinc Bünyatova
Sevinc Bünyatova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Sevinc Yaqut qızı Bünyatova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 168 sm |
İdman növü | Qılıncoynatma |
Sevinc Bünyatova — Azərbaycanlı qılıncoynatan. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Həyatı
Sevinc Bünyatova 5 oktyabr 1989-cu ildə Rusiyada anadan olmuşdur. Sevinc Bünyatova 1998-ci ildən idman ilə məşğul olur. Sevinc Bünyatova orta təhsilini Bakı şəhəri 84 nömrəli tam orta məktəbdə alıb.
Karyerası
Sevinc Bünyatova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Sevinc Bünyatova qrup mərhələsində birinci olaraq Türkiyəli Ilgin Sabranı 5-2, Fransalı Marion Stoltzı 5-3, İtaliyalı Rebekka Qarqanonu 5-0, Polşalı Martina Vatoranı 5-2 və Ukraynalı Olqa Xarlanı 5-3 hesabı ilə məğlub etdi. Sevinc Bünyatova qrup mərhələsində bütün 5 qarşılaşmanın hamısında qalib gəldi. 1/8 final mərhələsinə vəsiqə qazanan Sevinc Bünyatovanın bu mərhələdə rəqibi qrup mərhələsində üz-üzə gəldiyi və məğlub etdiyi İtaliyalı Rebekka Qarqano idi. İtaliyalı rəqibi ilə qarşılaşmadan Sevinc Bünyatova inamlı qələbə ilə ayrıldı. 15-7. Növbəti 1/4 final mərhələsində onun rəqibi Ukraynalı Alina Komaşçuk idi. Ukraynalı rəqibi ilə qarşılaşmadan Sevinc Bünyatova 15-11 hesablı qələbə qazanaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Yarım-final mərhələsində onun rəqibi Polşa idmançısı Angelina Vator idi. Güclü Polşa idmançısı ilə mübarizədə Sevinc Bünyatova 11-15 hesabı ilə məğlub oldu və 2015 Avropa Oyunlarının bürünc medalını qazandı.
Sevinc Bünyatova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəsi
Sevinc Bünyatovanın əkic bacısı Sevil Bünyatova 2015 Avropa Oyunlarının qılınoynatma yarışlarının gümüş medalçısıdır.
Xarici keçidlər
İstinadlar
- Yaşayan insanlar
- 5 oktyabrda doğulanlar
- 1989-cu ildə doğulanlar
- Rusiyada doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə idmançılar
- Azərbaycanlı qılıncoynadanlar
- Azərbaycan qılıncoynadanları
- 2015 Avropa Oyunlarında bürünc medal qazananlar
- 2015 Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları
- 2015 Avropa Oyunlarının Azərbaycanlı medalçıları
- 2015 Avropa Oyunlarında qılıncoynadanlar