Ürək transplantasiyası

Vikipediya, azad ensiklopediya
Nigar1972 (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:49, 16 yanvar 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Donor ürəyinin xəstənin döş qəfəsində yerləşdirilməsi (biatrial texnika)

Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).

Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir.[1] Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.[2]

Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir.[3]

Tarixi

Transplantasiya gözləyən döyünən ürək

Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrəkürəyi cərrahi yolla əvəz etmək mümkün olacaq..[4]

Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşinin sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.[5][6][7]

Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.[8][9]

İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir.[10][11] Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.[12]

2022-ci il yanvarın 7-də 57 yaşlı David Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu.[13][14]

İstinadlar

  1. Cook JA, Shah KB, Quader MA, və b. "The total artificial heart". Journal of Thoracic Disease. 7 (12). 2015: 2172–80. doi:10.3978/j.issn.2072-1439.2015.10.70. PMC 4703693. PMID 26793338.
  2. Till Lehmann (director). The Heart-Makers: The Future of Transplant Medicine (documentary film). Germany: LOOKS film and television. 2007.
  3. Burch M.; Aurora P. "Current status of paediatric heart, lung, and heart-lung transplantation". Archives of Disease in Childhood. 89 (4). 2004: 386–89. doi:10.1136/adc.2002.017186. PMC 1719883. PMID 15033856.
  4. May Transplant the Human Heart (.PDF), The New York Times, January 2, 1908.
  5. Hardy James D.; Chavez Carlos M.; Kurrus Fred D.; Neely William A.; Eraslan Sadan; Turner M. Don; Fabian Leonard W.; Labecki Thaddeus D. "Heart Transplantation in Man". JAMA. 188 (13). 1964. doi:10.1001/jama.1964.03060390034008.
  6. Every Second Counts: The Race to Transplant the First Human Heart, Donald McRae, New York: Penguin (Berkley/Putnam), 2006, Ch. 7 "Mississippi Gambling", pp. 123–27. This source states the heartbeat for approximately one hour.
  7. James D. Hardy, 84, Dies; Paved Way for Transplants, Obituary, New York Times (Associated Press), Feb. 21, 2003. This source states the transplanted chimpanzee heartbeat for 90 minutes.
  8. Hardy James D. "Lung Homotransplantation in Man". JAMA. 186 (12). 1963: 1065–74. doi:10.1001/jama.1963.63710120001010. PMID 14061414. See also Griscom NT. "Lung Transplantation". JAMA. 186 (12). 1963: 1088. doi:10.1001/jama.1963.03710120070015. PMID 14061420. in same issue.
  9. Second Wind: Oral Histories of Lung Transplant Survivors, Mary Jo Festle, Palgrave MacMillan, 2012.
  10. Барнард, Кристиан. The operation. A human cardiac transplant: an interim report of a successful operation performed at Groote Schuur Hospital, Cape Town (PDF). (ingilis). № 41 (48). 1967. 1271–4. ISSN 0256-9574. PMID 4170370. 2012-07-31 tarixində arxivləşdirilib (PDF).
  11. "Барнард К.Н. Пересадка сердца человеку: предварительное сообщение об успешной операции, проведенной в Госпитале Гроот Шур, Кейптаун. S. Afr. Med. J. 1967;41(48):1271-4". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
  12. В. И. Каледа. Кристиан Барнард (1922–2001) и его путь к пересадке сердца. . 21 (3S). 2017-09-22. 92–100. ISSN 2500-3119. 2017-09-25 tarixində arxivləşdirilib.
  13. "In 1st, US surgeons transplant pig heart into human patient". Associated Press. 2022-01-10. İstifadə tarixi: 2022-01-10.
  14. "In a First, Man Receives a Heart From a Genetically Altered Pig". The New York Times. 2022-01-10. İstifadə tarixi: 2022-01-10.