Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyinidonor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürəktransplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).
Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir.[1] Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.[2]
Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir.[3]
Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insandonorürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.[5][6][7]
İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir.[10][11] Əməliyyat Cənubi AfrikanınKeyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.[12]
2022-ci il yanvarın 7-də 57 yaşlı Devid Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu.[13][14] Bennett iki ay sonra, 8 mart 2022-ci ildə Merilend Universiteti Tibb Mərkəzində vəfat etdi.[15][16]
Transplantasiya edilmiş ürəklə yaşayan ömür rekordu Tony Huqhesmana məxsusdur - o, bu əməliyyatdan sonra 30 ildən çox yaşayıb və dəri xərçəngindən dünyasını dəyişib.[17]
Hal-hazırda ürək transplantasiyası üçün bir çox variantlar hazırlanmışdır, lakin onlardan yalnız ikisi geniş istifadə olunur: biatrial (iki atrial) və daha müasir bikaval texnikaları.[18]
Güman edilir ki, bikaval texnikasından istifadə ürək transplantasiyasından sonra xəstədə ritm və keçiricilik pozutuları riskini azalda bilər.[19]
Xəstənin sağ qalmasına təsir etmə ehtimalı varsa, aktiv xərçəng.
Ürək çatışmazlığının səbəbi ilə əlaqəli olmayan həyatı təhlükəli vəziyyətlər, o cümlədən kəskin infeksiyalar və ya qırmızı qurdeşənəyi, sarkoidoz və ya amiloidoz kimi sistem xəstəlikləri.
Ürək transplantasiyasına ehtiyacı olan, lakin uyğun olmayan xəstələr süni ürək[1] və ya sol mədəciyin köməkçi cihazı (Left Ventricular Assist Device - LVAD) üçün namizəd ola bilərlər.
↑Hardy James D.; Chavez Carlos M.; Kurrus Fred D.; Neely William A.; Eraslan Sadan; Turner M. Don; Fabian Leonard W.; Labecki Thaddeus D. "Heart Transplantation in Man". JAMA. 188 (13). 1964. doi:10.1001/jama.1964.03060390034008.
↑Every Second Counts: The Race to Transplant the First Human Heart, Donald McRae, New York: Penguin (Berkley/Putnam), 2006, Ch. 7 "Mississippi Gambling", pp. 123–27. This source states the heartbeat for approximately one hour.
↑Mehra MR, Canter CE, Hannan MM, Semigran MJ, Uber PA, et al. The 2016 International Society for Heart Lung Transplantation listing criteria for heart transplantation: A 10-year update. J Heart Lung Transplant. 2016 Jan. 35 (1):1–23.