Sıx dovşanalması

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) (Sortilegus Sıх dovşanalması səhifəsinin adını Sıx dovşanalması olaraq dəyişdi.) tərəfindən edilmiş 19:05, 29 yanvar 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sıx dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cotoneaster adpressus Bois

Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə Çinin qərb rayonlarında bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir. Torpağa toxunan budaqları kök atma qabiliyyətinə malikdir. Toxumlarla və qələmlərlə çoxalır.

Şaxtaya və quraqlığa davamlı, işıqsevən bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir. Mədəni şəraitdə 1896-cı ildən becərilir.