Sıx dovşanalması

Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Sıx dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cotoneaster adpressus Bois

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə Çinin qərb rayonlarında bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir. Torpağa toxunan budaqları kök atma qabiliyyətinə malikdir. Toxumlarla və qələmlərlə çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtaya və quraqlığa davamlı, işıqsevən bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir. Mədəni şəraitdə 1896-cı ildən becərilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]