Mirzə Seyid Həsən

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (şablon parametrləri) tərəfindən edilmiş 13:10, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Seyid Həsən
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsfahan, Səfəvi imperiyası
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri İsfahan, Səfəvi imperiyası
Fəaliyyəti ilahiyyatçı
Atası Xəlifə sultan əl-Hüseyni
Anası Xanağa Bəyim
Həyat yoldaşı Zübeydə Xanım
Dini islam

Mirzə Seyid Həsən (d. 25 yanvar 1655, İsfahan, Səfəvi imperiyası - ö. 27 dekabr 1715, İsfahan, Səfəvi imperiyası) — ana tərəfdən Səfəvi sülaləsinə mənsub şahzadə və üləma.

Onun atası Xəlifə sultan əl-Hüseyni yüksək rütbəli dövlət xadimi olmu, I Abbasın, I SəfininII Abbasın dövrlərində baş vəzir vəzifəsində çalışmışdır.[1][2] Anası isə Səfəvi sülaləsindən olan Xanağa Bəyim idi. 1632-cı ildə Mirzə Seyid digər 3 qardaşı ilə birlikdə I Səfi (1629–1642) tərəfindən kor edilmişdir. Şah ona qarşı sülalə üzvlərinin çevriliş edə biləcəyindən qorxmaqda idi. Kor edildiyinə görə Mirzə Seyid Həsən dövlət orqanlarında heç bir vəzifə tuta bilməmişdir. Buna görə də dini dairələrə yönəlmiş və öz dövrünün güclü üləmalarından biri olmuşdur. Bilinməyən tarixdə Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri olan Zübeydə Xanımla evlənmişdir. Zübeydə xanım Şah Süleymanın (1666–1694) qızı və sonrakı şah Şah Sultan Hüseynin (1694-1722) bacısı idi.[3] Bu evlilikdən Mirzə Məhəmməd Baqer və Mir Seyid Mürtəza dünyaya gəlmiş və hər iki qardaş da qohumları olan Şah Sultan Hüseynin dönəmində sədr-i xassəsədr-i məmalik vəzifələrində çalışmışdırlar.[4]

Mirzə Seyid Həsən aid olduğu Əl-Xəlifə ailəsi Mərəşilər soyunun bir tirəsi idi. Mazandaranda (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə qədər uzanırdı. I Abbasın anası Məhdi Ülyə da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gün də İran, İraq, KəşmirBirləşmiş Ərəb Əmirliklərində yaşayırlar.[5]

  1. Парсадан Горгиджанидзе. История Грузии. Tiflis: Мецниереба. 1990. səh. 105-106.
  2. Məhəmməd Tahir Nəsrabadi. Təzkireyi-Nəsrabadi. Tehran. səh. 15-16.
  3. Floor, 2005. səh. 466-467
  4. Floor, 2005. səh. 467
  5. "Marʿas̲h̲is". referenceworks.brillonline.com. 2012. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2022.
  • Matthee, Rudi. ḴALIFA SOLṬĀN // Encyclopaedia Iranica, Vol. XV, Fasc. 4. 2010. 382–384.
  • Floor, Willem, "A Note on The Grand Vizierate in Seventeenth Century Persia", Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft, Harrassowitz Verlag, 155 (2), 2005: 435–481, JSTOR 43382107