Griposia aprilina
Griposia aprilina | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Griposia aprilina |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Griposia aprilina (lat. Griposia aprilina) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin griposia cinsinə aid heyvan növü. Nadir növdür. Genefondunu qorumaq lazımdır. Təbiətin bəzəyidir.
Qısa təsviri
[redaktə | mənbəni redaktə et]Qanadları açılmış halda 47-52 mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Yumru və böyrəkşəkilli naxış yaşıldır, kənarları bərabər olmayan qara xətlə haşiyələnmişdir. Ləkələr aarasındakı gözcük qara rəngdədir, dördküncdür, ortasında yaşıl ləkə vardır. Arxa qanadları tünd-boz rəngdədir, üzərində 2 eninə zolaq uzanır ki, onlar da açıq rəngdə nöqtələr şəklindədir, alt tərəfində 2 eninə zolaq və aypara şəkilli naxış vardır.
Yayılması və sayı
[redaktə | mənbəni redaktə et]Avropa, Kiçik Asiya, Belarus, Sankt-Peterburq, Ukrayna, Gürcüstan, Rusiyanın cənubunda. Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağətəyi yerlərində və Lənkaran vilayətində. Azsaylıdır.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Xəzərin sahillərindəki meşə və bağlarda. Həyat tərzi öyrənilməmişdir. Kəpənəkləri avqustun axırlarında, sentyabr, oktyabr və noyabrın əvvəllərinə qədər uçur. Ehtimal ki, 2 nəsli inkişaf edir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Yaşadığı biotopların əkin üçün istifadə olunması, bu ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər
[redaktə | mənbəni redaktə et]Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Kəpənəyin biologiyasını öyrənmək.