Alyaska zəlzələsi (2018)

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (→‎top: qrammatik düzəliş, replaced: ABŞ-da → ABŞ-də) tərəfindən edilmiş 17:38, 14 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Alyaska zəlzələsi
Tarix
Maqnituda 7.9
Hiposentrin dərinliyi 25 km
Episentrin yeri 56°02′46″ şm. e. 149°04′23″ q. u.
Əhatəsi Alyaska, ABŞ ABŞ
Xəritədə yeri
Alyaska zəlzələsi xəritədə

Alyaska zəlzələsi (ing. Alaska earthquake) – 23 yanvar 2018-ci ildə ABŞ-nin Alyaska ştatında, Alyaska körfəzində, Kadyak adası yaxınlığında baş vermiş 7,9 bal gücündə zəlzələ.

Yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb.[1]

ABŞ-də zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb.[1]

Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Alyaskada güclü zəlzələ: Sunami təhlükəsi var". Oxu.az (az.). İstifadə tarixi: 24 yanvar 2018.