Maqnituda — Müxtəlif təbii hadisələrin ölçülməsi üçün istifadə edilən kəmiyyət[1].
XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında Rossi-Forel və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqaisə edirdilər. Lakin hətta alınan məlumatlar dəqiq olduqda belə tədqiqat zonasında qruntların müxtəlifliyi, ocağın dərinliyinin təsiri və digər nəzərə alınması çətin olan amillər metodun xətalara malik olmasını şərtləndirirlər. Bundan əlavə, zəlzələ əhali yaşamayan ərazilərdə, dəniz və okeanlarda baş verdikdə belə şkalalar da rolunu itirir və zəlzələnin intensivliyini də qiymətləndirmək mümkün olmur. Bütün bunları nəzərə alaraq Ç.F.Rixter yalnız zəlzələnin başlanğıc enerjisindən asılı olan və seys-moqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən yeni bir «maqnituda» şkalası tərtib etdi [Rixter, 1961]. Müəllifin əsas məqsədi fərdi qiy¬mətləndirmə və təsadüfi hallardan əmələ gələn xə¬talardan azad, bilavasitə seysmik cihazların göstə¬ricilərinə əsaslanaraq güclü, orta güclü və zəif zəl¬zələləri fərqləndirmək olmuşdur. Cənubi Kaliforniya zəlzələlərini araşdıran müəl-lif metodun daha geniş imkanlara malik olduğunu müəyyənləşdirir və müşahidə etdiyi zəlzələləri bir-birindən aydın fərqlənən 15 dərəcəyə bölür. Ç.F.Rixter standart qısa periodlu Vud-Anderson fırlanma seysmoqrafın (sərbəst rəqslərin periodu T0=0,8 s., böyütməsi V=2800) episentrdən 100 km məsafədə qeyd etdiyi zəlzələ yazısının maksimal am¬plitudunun loqarifmini (mikronlarla) həmin zəlzələ¬nin maqnitudu adlandırır.Ətraflı:[2] Həmin episentral məsafədə (100 km) amplitudu 0,001 mm (1 mikron) olan zəlzələnin maqnitudu etalon M=0 qəbul edilir. Yəni, zəlzələ nə qədər güclüdürsə, seysmik dalğanın amplitudu və müvafiq olaraq onun maqnitudu yüksəkdir. Yerdə ən güclü zəl¬zələ 1960-cı il mayın 22-də Çilidə qeydə alınmışdır və onun maqnitudu 9,5 olmuşdur. Maqnituda nisbi və ölçü vahidi olmayan kəmiyyətdir. Maqnitudu hesablayarkən uzununa (P), eninə (S) və ya səthi (L) dalğaların maksimum ampli-tudları (A) və onların periodları (T) ölçülür, hesa-blanmış lg (A/T)max kəmiyyətinin qiymətinə uyğun olaraq mə¬safə və dərinlikdən asılılıq (, H) funksiyasının qiymətini əlavə edirlər.Uzaq (>600 km) və dərin (H>60 km) fokuslu zəlzələlərin maqnitudundan fərqləndirmək üçün Ç.F.Rixterin yalnız dərin olmayan (H<60 km), yerli və yaxın (600 km) zəlzələlər üçün təyin etdiyi maqnitudu lokal maqnitud (ML) adlandırırlar. Bu halda müvafiq olaraq həcmi dalğalar maqnitudu (mb) və səthi dalğalar maqnitudu (ms) istifadə edilir. Bundan başqa, maqnituda astronomiyada görünən və mütləq parlaqlıq ölçüsü olaraq da istifadə olunur. Günəşin, ulduzların, planetlərin parlaqlığı ölçüsü maqnituda ilə ifadə olunur.