Sevinc Bünyatova

Vikipediya saytından
5.197.222.149 (müzakirə) tərəfindən edilmiş 19:45, 15 may 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Sevinc Bünyatova
Şəxsi məlumatlar
Tam adı Sevinc Yaqut qızı Bünyatova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (34 yaş)
Doğum yeri
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Qılıncoynatma

Sevinc Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan.

Həyatı

Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də anadan olub.[1] Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır.

Karyerası

Sevinc Bünyatova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Sevinc Bünyatova qrup mərhələsində birinci olaraq Türkiyəli Ilgin Sabranı 5-2, Fransalı Marion Stoltzı 5-3, İtaliyalı Rebekka Qarqanonu 5-0, Polşalı Martina Vatoranı 5-2 və Ukraynalı Olqa Xarlanı 5-3 hesabı ilə məğlub etdi. Sevinc Bünyatova qrup mərhələsində bütün 5 qarşılaşmanın hamısında qalib gəldi. 1/8 final mərhələsinə vəsiqə qazanan Sevinc Bünyatovanın bu mərhələdə rəqibi qrup mərhələsində üz-üzə gəldiyi və məğlub etdiyi İtaliyalı Rebekka Qarqano idi. İtaliyalı rəqibi ilə qarşılaşmadan Sevinc Bünyatova inamlı qələbə ilə ayrıldı. 15-7. Növbəti 1/4 final mərhələsində onun rəqibi Ukraynalı Alina Komaşçuk idi. Ukraynalı rəqibi ilə qarşılaşmadan Sevinc Bünyatova 15-11 hesablı qələbə qazanaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Yarım-final mərhələsində onun rəqibi Polşa idmançısı Angelina Vator idi. Güclü Polşa idmançısı ilə mübarizədə Sevinc Bünyatova 11-15 hesabı ilə məğlub oldu və 2015 Avropa Oyunlarının bürünc medalını qazandı.

Sevinc Bünyatova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İstinadlar

  1. International Fencing Federation. "SEVINJ BUNYATOVA". www.fie.org (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.