Dorde Krstic

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 2 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.4) tərəfindən edilmiş 07:19, 24 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Dorde Krstic
serb. Ђорђе Крстић
Doğum tarixi 19 aprel 1851(1851-04-19)[1][2][…]
Vəfat tarixi 30 oktyabr 1907(1907-10-30)[3] (56 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d]
Üzvlüyü
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[1][2][…]30 oktyabr 1907[3], Belqrad) — Serb realist rəssamı, müəllimiakademiki.

Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883).[4] 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib. Krstic serb xalq sənəti və ənənəvi geyimləri əsasında 50-dən çox əsər yaradıb. Rəssamlıqdan dərs deyirdi. Onun məşhur tələbələri arasında Nadejda Petroviç də var. 1884-cü ildən Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü, 1892-ci ildə isə Serbiya Kral Akademiyasının fəxri üzvü olub. 30 oktyabr 1907-ci ildə Belqradda vəfat etmişdir.[5]

  • Протић, Миодраг Б. Српско сликарство ХХ века, Том 1. - Sinteze Kitabxanası, Belqrad: Nolit, (1970).
  • Dejan Medaković, Srpski slikari XVIII-XX veka: likovi i dela, Belqrad, Prosveta, (1994)
  • A.M. Stanojević, Delo, Volume 45, Belqrad, A.M. Stanojević, (1907)
  • Enciklopedija Britanika. "Krstić Đorđe", Belqrad, Politika-Narodna knjiga.
  • Миодраг Коларић, Ђорђе Крстић,Belqrad, Yuqoslaviya, (1977)
  • Кусовац, Никола. Сликар Ђорђе Крстић 1851—1907. Београд: Народни музеј. 2001. ISBN 978-86-7269-049-1.
  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Djordje Krstic (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. "Dorde Krstic rəssam". www.srbijanac.rs. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  5. "Bioqrafiya". 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.