Studenitsa (monastır)

Studenitsa monastırı (serb. Манастир Студеница) ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir.

Studenitsa
Манастир Студеница
Xəritə
43°29′12″ şm. e. 20°31′53″ ş. u.
Ölkə
Yerləşir Raşka dairəsi
Tikilmə tarixi XII əsr
Sahəsi
  • 1,16 ha
Rəsmi sayt manastirstudenica.rs
Rəsmi adı: Studenica Monastery
TipiMədəni
Kriteriyai, ii, iv, vi
Təyin edilib1986 (10-cu sessiya)
İstinad nöm.389
Ölkə Serbiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monastır 1190-cı ildə orta əsr Serb dövlətinin qurucusu Stefan Nemanya tərəfindən tikdirilmişdir. Studenitsa monastırı ən çox Bizans üslubundakı 13 və 14-cü əsrlərə aid freska kolleksiyası ilə tanınır.

Studenitsa monastırı 1979-cu ildə "istisna əhəmiyyətli mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Müqəddəs Məryəmə həsr olunmuş Studenitsa monastırı bütün serb məbədlərinin ana-kilsəsidir. Tikili olduqca uzun müddət ərzində tikilmişdir. İşlərin birinci mərhələsi 1196-cı ilin yazında, Stefan Nemanya taxtdan imtina edərək monastırda əhd götürdükdən sonra başa çatdı. Ondan sonra hakimiyyətə gələn oğlu və xələfi Stefan Nemaniç da monastırın qayğısına qaldı. Nemanyanın ölümündən sonra onun nəşi oğulları tərəfindən monastıra gətirilərək burada bastırıldı. Studenitsa monastırı Müqəddəs Savanın dövründə orta əsrlər Serbiyasının siyasi, mədəni və mənəvi mərkəzi oldu.

Kral Milutin Kral kilsəsinin modeli ilə. Kral kilsəsindən freska

Studenitsa monastırı Nemaniçlər sülaləsinin üzvləri tərəfindən davamlı olaraq təmir edilirdi. Kral Radoslav 1235-ci ildə kilsəyə möhtəşəm bir narteks əlavə etdi. Kral Milutin isə burada müqəddəslər İoakim və Annaya həsr olunmuş kiçik, lakin sevimli bir kilsə tikdirdi.

1459-cu ildə orta əsr Serbiya dövlətlərinin sonuncusunun süqutundan sonra türklər tez-tez oanastıra hücum edirdilər. 17-ci əsrin əvvəllərində baş verən zəlzələ və yanğın monastıra əhəmiyyətli dərəcədə zərər verdi: tarixi sənədlər və bədii irsin əhəmiyyətli bir hissəsi məhv oldu və əbədi itdi.

Monastıra daxil olan kilsə qübbəli, tək nefli bazilikadır. Tikilinin şərq küncündə üç tərəfli apsis, qərbində isə genişləndirilmiş narteks yerləşir. Geniş narteks 1230-cu illərdə əlavə edilmişdir. Fasadlarmərmər plitələrlə, içəridəki kilsə isə tuf blokları ilə bəzədilmişdir. Kilsənin xarici interyeri RomanBizans kimi iki fərqli memarlıq üslubunu ahəngdar bir şəkildə birləşdirir. Bu iki üslubun qarışığı nəticəsində Raşka məktəbi adlanan xüsusi memarlıq üslubu meydana çıxmışdır.

Əsas kilsənin şimal-qərbində qurucusu kral Milut ilə bağlı olaraq Kral Kilsəsi olaraq da bilinən Müqəddəslər İoakim və Annaya həsr olunmuş kilsə var. Kilsə 1314-cü ildə səkkizguşəli günbəz ilə örtülmüş xaç şəklində inşa edilmişdir.

  • Çirkoniç, Sima. The Serbs. Malden: Blackwell Publishing. 2004.
  • Pirivatrić, Srđan. "The chronology and the historical context of the construction of the Studenica monastery: Contribution to the study." Zograf 39 (2015): 47–56.
  • Živković, Miloš. "Depictions of holy monks in the western bay of the Church of the Virgin in Studenica." Zograf 39 (2015): 65–90.
  • Erdeljan, Jelena. "Studenica: An identity in marble." Zograf 35 (2011): 93–100.
  • Todić, Branislav. Serbian Medieval Painting: The Age of King Milutin. Belgrade: Draganić. 1999.