InternetArchiveBot(müzakirə | töhfələr)(2 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 13:13, 6 avqust 2023 tarixli redaktə
Oman imamlığı və ya Oman imaməti (ərəb.إِمَامَة عُمَان), britaniyalılar tərəfindən Əsas Oman (ing.Oman Proper, ərəb.عُمَان ٱلْوُسْطَى) — Omanda tarixi vilayət və dövlət.[1] Dövlətin ərazisi Ərəbistan yarımadasının cənub-şərqindəki "daxili" torpaqları əhatə edirdi, Maskatdan uzaqda, Cəbəl-Əxdar dağlarından kənarda yerləşirdi, paytaxtı Nizva şəhəri olmuşdur.[2] Bu ərazi Oman sultanlığının, sonra isə Britaniyanın protektoratının bir hissəsi idi. 1970-ci ildə saray çevrilişindən sonra "Oman" termini Maskat sultanının hakimiyyəti altında olan bütün müasir dövlətə münasibətdə istifadə olunur.