Oman imamlığı və ya Oman imaməti (ərəb. إِمَامَة عُمَان), britaniyalılar tərəfindən Əsas Oman (ing. Oman Proper, ərəb. عُمَان ٱلْوُسْطَى) — Omanda tarixi vilayət və dövlət.[1] Dövlətin ərazisi Ərəbistan yarımadasının cənub-şərqindəki "daxili" torpaqları əhatə edirdi, Maskatdan uzaqda, Cəbəl-Əxdar dağlarından kənarda yerləşirdi, paytaxtı Nizva şəhəri olmuşdur.[2] Bu ərazi Oman sultanlığının, sonra isə Britaniyanın protektoratının bir hissəsi idi. 1970-ci ildə saray çevrilişindən sonra "Oman" termini Maskat sultanının hakimiyyəti altında olan bütün müasir dövlətə münasibətdə istifadə olunur.