Əcəmi seyrəngahı

Vikipediya, azad ensiklopediya
Baskervill (müzakirə | töhfələr) (→‎Haqqında: orfoqrafik düzəlişlər) tərəfindən edilmiş 22:23, 11 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Əcəmi seyrəngahıNaxçıvan şəhərində istirahət kompleksi

Haqqında[redaktə | mənbəni redaktə et]

Naxçıvan şəhərində Nizami küçəsində,qədim Qala məhəlləsin adlanan ərazidə yerləşir. Kompleks 1980-82-ci illərdə bərpa və inşa edilmişdir. Kompleksin içərisində heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanan Heydər Əliyevin 2 m-lik pyedestal üzərində büstü qoyulmuşdur. Kompleksə memar Əbubəkr oğlu Əcəmi Naxçıvanskininin XII əsrdə inşa etdiyi Mömünə Xatun türbəsi, XVII əsr abidəsi Miryaqub piri, XVIII-XIX əsrlərə aid Xan evi (hazırda Xalça muzeyi) daxildir. Kompleksə daxil olan qədim tikilidə Bülbül adına uşaq bədii sənətkarlıq məktəbi yaradılmışdır. 4 ha sahəni əhatə edən kompleksdə süni göl salınmış, 1000 yerlik açıq amfiteatr, qədim üslübda giriş qapısı (Memar Məmməd ibrahimov) iaşə və ticarət obyektləri tikilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 120. ISBN 5-8066-1468-9.