Əbu Umamə əl-Bəhili

Vikipediya saytından
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:49, 25 avqust 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Əbu Umamə əl-Bəhili
Doğum tarixi 620-ci illər
Doğum yeri
Vəfat tarixi 705[1]
Vəfat yeri
Vətəndaşlığı

Raşidi xilafət

Əməvilər xilafəti

Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası705[1], Homs, ərəb. أبو أمامة الباهلي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.

Bioqrafiya

Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir[2].

Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır[3].

O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir[4]. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-BuxariMüslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur.

705-ci ildə vəfat etmişdir. İbn Əbdül-Bərr onun 700-cü ildə vəfat etdiyini və 91 yaşında olduğunu bildirir. Süfyan ibn Uyeynənin dediyinə görə, o, Məhəmməd peyğəmbərin Suriyada vəfat etmiş səhabələrindən sonuncusu olmuşdur[5].

İstinadlar