Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705[1], Homs, ərəb. أبو أمامة الباهلي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Əbu Umamə əl-Bəhili | |
---|---|
Doğum tarixi | 620-ci illər |
Doğum yeri | |
Vəfat tarixi | 705[1] |
Vəfat yeri | |
Vətəndaşlığı |
Raşidi xilafət Əməvilər xilafəti |
Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir[2].
Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır[3].
O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir[4]. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur.
705-ci ildə vəfat etmişdir. İbn Əbdül-Bərr onun 700-cü ildə vəfat etdiyini və 91 yaşında olduğunu bildirir. Süfyan ibn Uyeynənin dediyinə görə, o, Məhəmməd peyğəmbərin Suriyada vəfat etmiş səhabələrindən sonuncusu olmuşdur[5].