Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər.
Hüdeybiyyə müqaviləsi | |
---|---|
İmzalanma tarixi | mart 628 |
Vikianbarda əlaqəli mediafayllar |
Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü. لَّقَدْ صَدَقَ اللَّـهُ رَسُولَهُ الرُّؤْیا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ .الْحَرَامَ إِن شَاءَ اللَّـهُ آمِنِینَ مُحَلِّقِینَ رُءُوسَکمْ وَمُقَصِّرِینَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِک فَتْحًا قَرِیبًا (And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir.) (Fəth.48/27) Hz. Peyğəmbər yuxusunu səhabələrinə danışdı və Onlara söz verir və səhabələri Məkkəyə getməyə və Ümrə ziyarətinə çağırdı. Hz. Peyğəmbər Qureyşlilərin bu səfərə mane olacaqlarında və ya müharbə edəcəklərindən çəkindiyi üçün Mədinə ətrafındakı Ərəbləri də bu səfərdə iştirak etməyə dəvət etdi[1] . Həmin qəbilələrdən az bir qismi istisna olmaqla O həzrətin dəvətini qəbul etmədilər, əsasən Mühacir və Ənsardan ibarət olan bir dəstə ilə hz. Peyğəmbər Məkkəyə səfərə çıxdı[2]
Mühacir, Ənsar və onlara qoşulmuş bir qrup ərəbdən ibarət olan karvan hicri VI il Zil-qədə ayının 2-si mədinədən çıxdılar[3] . Bu səfərdə iştirak edənlərin sayı haqqında müxtəlif fikirlər var. Amma Cabir ibn Abdullah Ənsarinin rəvayətində, "biz hüdeybiyyədə 1400 nəfər idik" ifadəsi daha məşhurdur[4] . Bu səfərdə 4 qadın iştirak etmişdir ki, Onlardan bi hz. Peyğəmbərin xanımı Ümmü Sələmə idi. hz. Peyğəmbər Abdullah ibn Ümmü Məktumu[5] və ya Numeylə ibn Abdullah Leysini[6] mədinədə öz yerinə canişin qoydu.
Hüdeybiyyə müqaviləsi | ||
---|---|---|
Növ | Sülh müqaviləsi | |
İmzalanma tarixi | 628, mart | H. VI, zil-qədə |
yer | Hüdeybiyyə | |
İmzalayan dövlətlər | Müsəlmanlar | Məkkəli müşrüklər |
İmzalayanlar | Məhəmməd ibn Abdullah | Süheyl ibn Əmr |
Dilləri | Ərəbcə |
Hz. Peyğəmbərin göstərişi ilə müsəlmanlar səfər qılıncından başqa bir silah götürmədilər. Hz. Peyğəmbər "zil-huleyfə" -indiki " Şəcərə məscidi"- adlanan əraziə çatdıqda ehram paltarını geyindi və həmçinin özü ilə apardığı 70 dəvəyə də qurbanlıq nişanı vurduqdan sonra karvanın önündə apardılar ta Qureyşlilər anlasınlar ki, məqsədləri müharbə etmək deyil, əksinə Allahın evini ziyarət etməkdir. Həmçinin qeyd olunur ki, Peyğəmbərin Bədr savaşında qənimət olaraq götürdüyü Əbu Cəhlin dəvəsi də simvolik olaraq həmin dəvələrin arasında idi[7]. İslam Peyğəmbəri və səhabələri " Ləbbeyk" deyərək "Asəfan"- Məkkənin yaxınlığında bir yer-a qədər getdilər və orada Peyğəbərə çatdı ki, Məkkə müşrükləri müsəlmanların gəlməsindən xəbərdar olub and içiblər ki, Onları Məkkəyə qoymayacaqlar. Qureş müşrükləri öz döyüşçülərini Məkkədən kənarda yerləşdirdilər və Xalid ibn Vəlidi 200 süvari ilə müsəlmanların qarşısını almaq üçün göndərdilər[8]. Bunu eşidən Allahın Rəsulu buyurdu:"Vay olsun Qureyşə ki, müharbə onları məhv etdi". sonra soruşdu: kim bizi elə bir yoldan apara bilər ki, Qureyşlə üzləşməyək?. Hz. Peyğəmbər və səhabələri Bəni Əsləm qəbiləsindən bir neçə şəxsin bələtçiliyi ilə öz yollarına davam etdilər ta Qureyş döyüşçüləri ilə üzləşməsinlər. Bu səfərdə müsəlmanlar birinci dəfə Xouf namazı(Nisa.4/101,102)[9] qılırdılar ki, ta Ətrafdan düşmən mümkün hücumlarından qorunsunlar[10]
Müsəlmanlar Hüdeybiyyəyə çatdıqları zaman Peyğəmbərin dəvəsi qəflətən yerə oturdu. Peyğəmbərin göstərişi ilə müsəlmanlar həmin ərazidə yerləşdilər. Peyğəmbərin göstərdiyi möcüzə ilə orda olan quru çay suyla doldu və hamı sirab oldu[11]. Peyğəmbər Hüdeybiyyədə yerləşdikdən sonra Budəyl ibn Vərqa Xuzai və Xuzayə qəbiləsindən bir qrup şəxs Peyğəmbərin yanına gəldilər. Peyğəmbər onlara müharbə məqsədinin olmadığını və Allahın evini ziyarət etməküçün gəldiklərini bildirdi. Xüzaililərin Peyğəmbərin bu sözünü Qureyşin böyüklərinə bildirmələrinə baxmayaraq onlar dedilər: Məhəmməd döyüşmək niyyətində olmasa belə, Yenə də biz heç vaxt Onun zorla Məkkəyə girməyə icazə verə bilmər ki, ərəblər bizi məsğərə etsin. Ondan sonra Qureş bir neçə nümayəndə müsəlman düşərgəsinə göndərdi, lakin tərəflər arasında razılıq əldə olunmadı[12] . Əslində Qureyş liderləri (o cümlədən Əbu Sufyan ki hicrətin V (M.627/31 mart) ilində Xəndək döyüşündə müsəlmanlara məğlub olmuşdular ərəblərin yanında başı aşağı idilər) Müsəlmanların Məkkəyə gəlməsini özünün və əksər ərəblərin alçaldılması və istehzası kimi dəyərləndirirdilər.
Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibni xəttabı seçdi. Ancaq O, Məkkədə onu himayə edəcək güclü bir qohumunun olmadığından getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi. Çünki o Bəni Üməyyə tayfasından idi. Məkkəlilər tərəfindən yaxşı qarşılanan Osman bin Əffan, məqsədlərininn Ümrə ziyarəti olduğunu bildirsə də, Məkkəlilər müsəlmanların gəlməsinə icazə vermədi və elçiyə sərt reaksiya verdi və hətta onu həbs etdilər. Müsəlmanlar arasında Onun öldürüldüyü barədə xəbərlər yayıldı. Beləliklə, Hz. Muhəmməd müharbə qərarı aldı və səhabələri də Ona sonralar "Rizvan ağacı" kimi tanınan yerdə beyət etdilər. Qureyşlər arasında hadisə Rizvan Beyəti olaraq eşidildi və onlar müsəlmanlardan qorxmağa başladılar. Qurayşlilər müsəlmanların reaksiyasını sınamaq və üçün kiçik bir hərbi dəstə göndərdilər, lakin bu birlik müsəlmanlar tərəfindən əsir götürüldü. Sonra Qureyşlər razılığa gəldilər və Süheyl bin Amrı səfir olaraq göndərdilər. Müzakirələrdən sonra Əli bin Əbu Talib (ə)-ın yazdığı müqavilənin mətni hz. Məhəmməd və Məkkəni təmsil edən Süheyl bin Amr tərəfindən imzalandı.