Azərbaycanın iynəyarpaqlı meşələri
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 ay əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Azərbaycanın iynəyarpaqlı meşələri
İynəyarpaqlı meşələr – Çılpaqtoxumlu bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycanda 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycanda iki növ şam ağacı bitir: Eldar şamı və qarmaqvari şam.
Qarmaqvari şam meşələri – kiçik sahələrdə təbii halda Kiçik Qafqazda Tovuz rayonu ərazisində Əsrik və Zəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında Göygöl, Maralgöl ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir.
Eldar şamı meşələri – Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri Qabırrıçayın sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakən rayonundan Şamaxı rayonunadək), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.
Azərbaycanda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc, çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçuçay, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan ardıcı və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir.[1]
İstinadlar
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003