Göygöl gölü

GöygölAzərbaycanda göl.

Göygöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1566 m
Eni 0,8-1 km
Uzunluğu 2,8 km
Sahəsi 0,78 km²
Dərin yeri 100 m
Tökülən çay Yuxarı Ağsu
Şəffaflığı 8-10 m
Yerləşməsi
40°37′27″ şm. e. 46°20′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yerləşməsi Murovdağ
şimal yamacı
Göygöl xəritədə
Göygöl
Göygöl
Göygöl xəritədə
Göygöl
Göygöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Göldən bir gözəl görünüş

Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.

  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8–10 metrdir.

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Göyçə gölünə daxil olur.[1]

Göygöl Dövlət Təbiət Qoruğu

[redaktə | mənbəni redaktə et]

Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir.

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Göygöl Dövlət Təbiət Qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.[2]

  1. X. Д. Заманов, И. А. Котлярский. Об озере Гейгель в бассейне р. Шамхорчай // Доклады : журнал. — Издательство Академии наук Азербайджанской ССР, 1959. — Т. 15, № 1.
  2. http://e-qanun.az/files/framework/data/15/f_15296.htm[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]