Adıgözəl Gözəlov

Vikipediya saytından
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Adıgözəl Gözəlov
SSRİ Ali Sovetinin deputatı Adıgözəl Gözəlov
SSRİ Ali Sovetinin deputatı Adıgözəl Gözəlov
bayraq
Azərbaycan SSR balıq sənayesi naziri
bayraq2
19 may 1954 – 6 iyun 1957
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
bayraq
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini
bayraq2
28 may 1952 – 17 aprel 1953
SədrSadıq Rəhimov
bayraq
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri
bayraq2
sentyabr 1943 – 1946
Əvvəlkiİshaq Gülməmmədov
SonrakıBalamet Balametov
(Nazirlər Sovetinin sədri kimi)
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeyinti və balıq sənayesi üzrə katibi
bayraq2
1 dekabr 1941 – 1943
Birinci katibMir Cəfər Bağırov
16 may 1939 – 4 aprel 1941
Birinci katibMir Cəfər Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1907
Doğum yeri
Vəfat tarixi 29 may 1966(1966-05-29)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957).

Adıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur.[1][2]

Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir.[3]

ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş[1] və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur.[3]

Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1] O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.[4]

  1. 1 2 3 Адыҝөзәл Ҝөзәлов // Коммунист. № 19 (7201). 25 јанвар 1946-ҹы ил. С. 2.
  2. Gözəlov Adıgözəl Xəlil oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 49.
  3. 1 2 "Гёзалов Ади Гёзал Халил оглы". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991). 25 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2021.
  4. А. Х. Ҝөзәлов // Коммунист. № 124 (13210). 1 ијун 1966-ҹы ил. С. 4.