Qod Nisanov

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (2 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 11:30, 5 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qod Nisanov
Qod Semyonoviç Nisanov
Doğum tarixi (52 yaş)
Doğum yeri Qırmızı Qəsəbə, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Uşağı 3
Təhsili
Fəaliyyəti təşəbbüskar
Mükafatları "Dostluq" ordeni (Azərbaycan) — 2022 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 "Tərəqqi" medalı — 2011
Digər
"Dostluq" ordeni (Rusiya) — 2014 "Xeyriyyəçiliyə görə" fəxri medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı — 2015
god-nisanov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır.

2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1]

14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.[2]

Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[3]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.[4] 1 mart 2024-cü ildə mükafatı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.[5]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 04 iyul 2011. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
  2. "Указ Президента Российской Федерации от 14 января 2014 года № 18 «О награждении государственными наградами Российской Федерации»". pravo.gov.ru. 2016-01-27 tarixində arxivləşdirilib.
  3. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi – SƏNƏDLƏR » Sərəncamlar Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 1 iyun 2016. 3 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  4. "Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  5. mia.az. "Polad Bülbüloğlu Qod Nisanova "Dostluq" ordeni təqdim edib – "Azərbaycan bizim bir parçamızdır"". mia.az (az.). 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]