Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı.
Qod Nisanov | |
---|---|
Qod Semyonoviç Nisanov | |
Doğum tarixi | |
Doğum yeri | Qırmızı Qəsəbə, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | sahibkar |
Mükafatları |
Digər |
god-nisanov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Qod Nisanov 1972-ci il aprelin 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" hotelini almışdır. 2006-cı ildə "Avropa" hotelini açmışdır. 2000–2005-ci illərdə "Doymond Katters" MMC-də calışmışdır.
2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir.
4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1]
14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.[2]
Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[3]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ildə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.[4] 1 mart 2024-cü ildə mükafatı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.[5]