Zarah İliyev (8 sentyabr 1966, Qırmızı Qəsəbə, Azərbaycan SSR, SSRİ) — Rusiyada fəaliyyət göstərən yəhudi iş adamı.
Zarah İliyev | |
---|---|
Doğum tarixi | 8 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | iş adamı |
Zarah Bension oğlu İliyev 1966-cı il sentyabrın 8-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Atası Bension İliyev idi. 5 oğul atası onlara da çəkməçiliyə öyrədib.
Bension İliyev daha çox “aerodrom” adlanan papaqları tikirmiş. Qubadakı kolxoz bazarında onu tanımayan yox idi. Zarah İliyev bu işdə atasına köməkçi olsa da, ömürlük papaqçı olmaq fikrində deyildi. Xeyli vaxtdır ki, Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən o, Moskvaya gedir. Əvvəlcə “Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul olur. Sonralar İliyevin gül satdığı ərazidə “Panorama” ticarət mərkəzi tikilir. Onun sahibi Zarah İliyev idi. Özünü müxtəlif sahələrdə sınayan İliyev konyak ticarətinə girişir. Ardınca “İzmaylovsk” bazarında bir neçə ticarət konteyneri satın alaraq onları iş adamlarına icarəyə verməklə pul qazanır. Getdikcə biznesini genişləndirən İliyev yeni sahələri əlinə keçirir.
O, 1993-cü ildə “İliyev” firmasını yaradır. Bu firma vasitəsilə İliyev Çerkizovsk bazarının bir hissəsinə nəzarət edir. 2000-ci ildə Zarah İliyev artıq Moskvadakı ən böyük topdan satış mərkəzlərindən olan “Moskva” ticarət mərkəzinin 57%-ni satın alır. 200 min kvadrat metrlik mərkəzin digər sahibi Moskva meriyası olur. İliyev “Safra İnstruments” şirkətlər qrupunu yaradır. 2008-ci ildə Beliz Respublikasında qeydiyyatdan keçən “Binston İnvestments Limited” də bu şirkətlər qrupuna məxsusdur.
Moskvada rəsmi məlumatlara görə, sayı 30 min olan dağ yəhudiləri icmasının həyatında İliyev aktiv rol oynayır. O, Moskva Dağ yəhudiləri icmasının sədridir. Elə biznes fəaliyyətini nəzər salanda görürük ki, İliyev daha çox öz həmvətənləri ilə işbirliyinə üstünlük verir. Rəhbəri “Safra İnsruments” şirkətlər qrupunda əsas vəzifələr Alyoşa Yakubov, Edin Xananiyev, Don Mirov, Benyaqu Şalmiyev, İstahar İlhananov və s. kimi dağ yəhudilərinə məxsusdur. Həmçinin öz həmvətənləri ilə birlikdə o, Moskvada “Qrand” mebel mərkəzi, “Elektron Cənnət” ticarət mərkəzi və “Moskva” avtomobil mərkəzinin sahibidir. “Çerkizovsk” bazarının idarəçiliyini isə İliyev İsmayılovla birlikdə həyata keçrirdi. Lakin onun müştərək layihələr həyata keçirirdi.
Qod Nisanov onun ən yaxın tərəfdaşıdır. Qırmızı qəsəbədən qapı qonşu olan Qod Nisanov və Zarah İliyev dostluqlarını illər sonra mənfəətli biznes ortaqlığına çeviriblər. Onların ən uğurlu ortaq layihələrindən biri "Avropa" ticarət mərkəzidir. Təkcə 2012-ci ilin dekabrında mərkəzi 4,54 milyon insan ziyarət edib. Rekord isə 2009-cu ilin dekabrında qoyulub. Həmin vaxt mərkəzi 5,38 milyon insan ziyarət edib.[1]