Yüzləçək qızılgül
Yüzləçək qızılgül | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yüzləçək qızılgül |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə keçən ilki zoğların üzərində müşahidə edilir. Meyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]İstiyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.