Yüzləçək qızılgül

Yüzləçək qızılgül (lat. Rosa centifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Yüzləçək qızılgül
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Persiya olub, İran, Morokko, Tunis, İtaliya, Fransa və Çində geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 m-ə qədər olan koldur. Qopartikanları muxtəlifdir — möhkəm iri, oraqvarı əyilmiş, xırda, düz, qaidə hissəsi bir qədər enli formadadır. 5 ədəd yumurtavarı yarpaqları dərivarı olub, 5-7 sm-ə qədər uzunluqdadır. Üstdən çılpaq, altdan vəzili, kənarlı, ikiqat mişardişli, 2-2,5 sm uzunluğa və 1,5-2 sm enə malik yarpaqcıqlardan ibarətdir. Ləçəklər parlaq çəhrayıdır. Kasayarpaqcıqları uzunsovdur, lələkvarı yarıl-mışdır. İyun və iyul aylarında çiçək açır. Çiçəkləmə keçən ilki zoğların üzərində müşahidə edilir. Meyvəsi uzunsov və ya yumurtavarı, bir qədər iri və qırmızıdır.

İstiyə, soyuğa, quraqlığa davamlıdır. Münbit torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Dekorativ bitkidir. Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.