Rövşən Ağamalıyev

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:56, 22 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rövşən Ağamalıyev
Rövşən Ağamalıyev Baloğlan oğlu
Doğum tarixi
Doğum yeri Bankə qəsəbəsi, Neftçala rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (17 yaşında)
Vəfat yeri Azərbaycan Respublikası, Atçılıq Savxozu
Vəfat səbəbi Tankının vurulması
Vətəndaşlığı Azərbaycan Respublikası Azərbaycan
Atası Baloğlan Ağamalıyev
Milliyyəti Azərbaycanlı
Mükafatları "İgidliyə görə" medalı

Rövşən Ağamalıyev - Qarabağ müharibəsində şəhid olmuş döyüşçü.[1]

Rövşən Ağamalıyev Baloğlan oğlu 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 1 nömrəli orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil almışdır.

Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

15 yaşıda Qarabağ müharibəsi başlayan vaxtı 3 yoldaşı ilə birlikdə evdən gizli qaçıb Zəngilana getmiş və könüllü olaraq ordu sıralarına qoşulmaq istədiklərini bildirmişdi amma yaşlarının az olduğundan komandanlıq onları geri qaytarmışdı. 17 yaşında yenidən könüllü olaraq ordu sıralarına qoşulmuş və Ağdamın Mərzili , İsmayılbəyli , Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir.[1]

Şəhid olması

[redaktə | mənbəni redaktə et]

1993-cü il 23 iyulda Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücum etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş, düşmən piyadalarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəliləməsinin qarşısını almışdır və sonda qəhrəmanlıqla həlak olmuşdur.[1]

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

  1. 1 2 3 "Rövşən Ağamalıyevin ailəsi ilə görüş". 2019-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.