Mərzili

MərziliAzərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd.[1] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mərzili
39°55′57″ şm. e. 47°03′42″ ş. u.
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mərzili xəritədə
Mərzili
Mərzili
Mərzili xəritədə
Mərzili
Mərzili

Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[2] Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev[3]Asəf Mütəllimov tərəfindən öldürülür.

2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. [4] Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər.

Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır. XIX əsrin sonlarında Mərzəli Kənd icmasında Birinci Mərzili. Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayıl bəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı. Qarabağda orta XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət idi. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olmuş, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülmüşdür. F.Deminskinin yazdığına görə Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olmuşdur. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu sonra el böyüyərək 8 tirədən ibarət idi:Mehterli, Şirvanlı, Bapaxçı, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.[5]

İşğaldan yeni azad olunan Mərzili kəndinin təxmini 8.000 əhalisi respublikanın müxtəlif bölgələrində məskunlmışdır. Mərzili kəndi Qarabağ uğrunda gedən döyüşlərdə 36 nəfər hərbi 9 nəfər isə mülki şəhid vermişdir.

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  3. "Səda - Qəhrəman tankçı (06.05.2016)". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. "Arzu Abdullayeva: Ağdamın Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb". 2011-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  5. B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri. Bakı, 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]