Maqbet Bünyatov

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (1 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 01:27, 12 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Maqbet Bünyatov
Maqbet Zeynal oğlu Bünyatov
Doğum tarixi (86 yaş)
Doğum yeri Zərdab rayonu
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Azərbaycan Akademik Milli Dram Teatrının direktoru (2006-2010)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2002

Maqbet Zeynalov (25 dekabr 1937, Zərdab rayonu) — "Əməkdar mədəniyyət işçisi"[1], Akademik Milli Dram Teatrının direktoru (2006–2010). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2010-cu ildən)

Həyatı[redaktə | mənbəni redaktə et]

Maqbet Zeynal oğlu Bünyatov 25 dekabr 1937-ci ildə Zərdab rayonun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Texnik- mexanik ixtisası alaraq, bir müddət kolxozda işlədikdən sonra hərbi qulluğa çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra,Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında bilet satışı üzrə müvəkkildən direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Mədəniyyət Nazirliyinin xətti ilə bəzi dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və s.) yaxından və fəal iştirak etmişdir. Maqbet Bunyatov 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. 2006–2010-cu il Akademik Milli Dram Teatrının direktoru çalışıb.

31 may 2010-cu il Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda mədəniyyətin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"nə layiq görülüb.[2] 2024-cü ildə Milli Teatr Mükafatına layiq görülüb.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il sərəncamı ilə Bünyadov Maqbet Zeynal oğlu "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb [ölü keçid]
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  3. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. "Maqbet Bünyatov Milli Teatr Mükafatına layiq görüldü" (az.). Youtube.com. 01.04.2024. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]