Maqbet Zeynal oğlu Bünyatov (25 dekabr 1937, Zərdab rayonu) — "Əməkdar mədəniyyət işçisi"[1], Akademik Milli Dram Teatrının direktoru (2006–2010). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010-cu ildən)
Maqbet Bünyatov | |
---|---|
2006 – 2010 | |
Sonrakı | İsrafil İsrafilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1937 (86 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
Maqbet Zeynal oğlu Bünyatov 25 dekabr 1937-ci ildə Zərdab rayonun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Texnik-mexanik ixtisası alaraq, bir müddət kolxozda işlədikdən sonra hərbi qulluğa çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra,Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında bilet satışı üzrə müvəkkildən direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Mədəniyyət Nazirliyinin xətti ilə bəzi dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və s.) yaxından və fəal iştirak etmişdir. Maqbet Bunyatov 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. 2006–2010-cu il Akademik Milli Dram Teatrının direktoru çalışıb.
31 may 2010-cu il Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda mədəniyyətin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"nə layiq görülüb.[2] 2024-cü ildə Milli Teatr Mükafatına layiq görülüb.[3]