Qanqal

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) (→‎Sinonimləri) tərəfindən edilmiş 03:14, 30 aprel 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qanqal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür.[1] Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır. Əksəriyyəti çətin məhv edilən alaqdır, məhsulun kəmiyyət və keyfiyyətini aşağı salır. Bəziləri dekorativ və ya balverən bitkidir.

Mübarizə tədbirləri

Düzgün növbəli əkin, dərin payız şumu aparılır, sahələrə herbisidlər çilənir.

Sinonimləri

Növləri

İstinadlar

  1. "What Is the National Flower of Scotland" (ingilis). eHow.com. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2012.

Həmçinin bax