Firudin bəy Məlik-Aslanov

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:58, 11 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Firudin bəy Məlik-Aslanov
Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov
Doğum tarixi
Doğum yeri Tuğ,Qarabağ xanlığı
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri
Həyat yoldaşı Mənsurə xanım
Uşağı Nəriman bəy
Atası Məlik Aslan bəy
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları III dərəcəli Müqəddəs Stanislav ordeni

Firudin bəy Məlik Aslan bəy oğlu Məlik-Aslanov (15 iyun 1811, Tuğ, Qarabağ xanlığı27 may (8 iyun) 1857, Tuğ, Şuşa qəzası) — Qarabağ atlı alayının zabiti, mülkədar.

Həyatı

● Məlik Aslanın dördüncü oğlu Firudin bəy 1811-ci ildə Dizaq mahalının Tuğ kəndində qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanov ailəsindəndə anadan olmuşdur.

● Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi.

Fəaliyyəti

● Çar ordusunda qulluq edirdi. Kapitan rütbəsi vardı.

● Firudin bəy çar ordusunun tərkibində Polşada olarkən atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir.

● Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi".[1]

● Firudin bəy 3-cü və 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə ödüllənmişdi.

● Firudin bəy 1857-ci ildə vəfat etmişdi[2].

Ailəsi

● Həyat yoldaşı: Mənsurə xanım

● Varisi: Nəriman bəy(1855-?)

Həmçinin bax

Məlik-Aslanovlar

Məlik-Aslanovlar[+]

Məlik Aslan bəy

Tuğ

Mənbələr

İstinadlar

  1. Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1981.
  2. "Qarabağlı Hərbçilər" (PDF). www.millikimlik.az – Qasım Hacıyev, Ənvər Çingizoğlu, Bakı-Təknur-2011, səh 182 (az.)). 2011. 2021-08-01 tarixində arxivləşdirilib (PDF).