Firudin bəy 15 iyun 1811-ci ildə Dizaq mahalınınTuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.
Mədrəsə təhsili almışdı. Rus və şərq dillərini bilirdi.[1]
Çar ordusunda qulluq edirdi.[1]Kapitan rütbəsi vardı.[1]
Firudin bəy Rusiya–Osmanlı müharibəsi (1828–1829) zamanı Qarabağ əyalətinin sakinlərindən yaradılmış 1-ci müsəlman (azərbaycanlı) süvari alayında xidmət etməyə başladı. Tərkibində azərbaycanlı əsgərləri olan briqadada Firudin bəy mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirib və 1828-ci ildə Soğanlıq döyüşü zamanı Xertvis qalasının alınmasında birbaşa iştirak edib.
1834-ci ildə Polşada çar ordusunun tərkibində olarkən Firudin bəy atasının dostu feldmarşal Paskeviçlə rastlaşır. Paskeviç ona xeyli kömək edir.[1] Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və mərhəmətlər eləmişdi".[2]
22 oktyabr 1835-ci ildə praporşik hərbi rütbəsini alıb.
E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 164–165 ISBN 9952-25-001-0