Məlik Aslan bəy (tam adı: Məlik Aslan bəy Bağdad bəy oğlu; 1787, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 1832, Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası) — Qarabağ bəylərindən, Dizaq mahalının son məliyi və naibi.
Məlik Aslan bəy | |
---|---|
Məlik Aslan bəy Bağdad bəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası |
Dəfn yeri | |
Uşaqları |
Şirin bəy, Hacı Fərhad bəy, Kərbəlayi Əli Qulu bəy, Firudin bəy, Nəcəf bəy, Haci Abbas bəy |
Atası | Bağdad bəy |
Aslan bəy 1787-ci ildə Dizaq mahalının Tuğ kəndində dünyaya gəlmişdi.
Bir neçə dildə savad almışdı. Rus dilini də bilirdi.
Məliklik taxtına çıxıb, Dizaq mahalını idarə etməyə başladı. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: "Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub, mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular".[1]
Məlik Aslan rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi olmuşdu.
Məlik Aslanın uruğu Məlik-Aslanov soyadını daşıyır.
Məlik Aslan Dizaq piyadalarının başında rus-İran savaşlarında iştirak etmişdi. Bundan başqa rus əsgərlərini və zabitlərini öz hesabına ərzaqla təmin edirdi. Hətta bir dəfə feldmarşal Paskeviçi qoşunu ilə bərabər qonaqlamışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Paskeviç sərdar dəxi o səfərdə gəlib, Qarabağda Təxti-tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldir, orda qoşun ilə bir müddət əyləndi. Çərəkən kənarında da bir ay yarım dayandı. Əlhəqq Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli xidmətlər etmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi".[2]
Övladları: Şirin bəy (1803,Tuğ – 1863,Tuğ), Hacı Fərhad bəy (15.06.1805,Tuğ – 1889,Tuğ), Kərbəlayi Əli Qulu bəy (1810,Tuğ –?), Firudin bəy (15.06.1811,Tuğ – 27.05.1857,Tuğ), Nəcəf bəy (1816,Tuğ – ?), Hacı Abbas bəy (1817,Tuğ – 1891,Tuğ)