Colobanthus quitensis

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (1 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 16:32, 14 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Colobanthus quitensis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Colobanthus quitensisColobanthus cinsinə, Caryophyllaceae fəsiləsinə aid növ. Antarktida florasında iki çiçəkləyən bitkidən biri.

The Plant List siyahısında olan sinonimlər[1]:

Bu bitki əsasən Antarktik yarımadasının şimal-qərbində, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, ArgentinaÇilinin cənubunda yayılmışdır. Areal XX əsrin sonlarından XXI əsrin əvvəllərinə kimi beş dəfə artmışdır[2][3].

Colobanthus quitensis həmişəyaşıl bitkilərdir. Ot bitkilərinə daxil olub yastıqvari formaya malikdir. Xarici görünüş baxımından Yarpaqlı mamırlara bənzəyir. Hündürlüyü yarım sm-dən 5 sm-ə qədərdir. Çiçəkləri kiçik, ağ və sarı ləçəklərə sahibdir.

  1. Colobanthus quitensis Arxivləşdirilib 2020-05-31 at the Wayback Machine // The Plant List(ing.)
  2. Antarctic plants change. GLOBAL WARMING: Early Warning Signs Arxivləşdirilib 2005-09-26 at the Wayback Machine (ing.)
  3. "Qlobal istiləşmə: reallıq yoxsa əfsanə?". 2008-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18. (#redundant_parameters); (#redundant_parameters)