Çılpaqçiçək jasmin

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çılpaqçiçək jasmin
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çılpaqçiçək jasmin (lat. Jasminum nudiflorum) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Çindir.

Botaniki təsviri

0,5 m hündürlüyü olan, qışda yarpaqlarını tökən, dağınıq çətirli koldur. Yarpaqları xırda, ellipsvari, tünd yaşıldır. Yarpaqları açılana qədər erkən yazda sarı, nisbətən iri çiçəklər açır və bitkinin çətirini örtür. Çiçəkləri təkləçəkli, süpürgələrə yığılmış, diametri 2-2,5 sm-ə çatır. Toxumları ellipsvari və ya yumurtavari, diametri 4 mm-dir. Çiçəkləməsi yanvar ayından başlayaraq aprel ayına qədər davam edir. Yan budaqları yerlə sürünür və yaşıl budaqları torpaqla təmasda kök verir. Pöhrələrlə asanlıqla çoxaldılır.

Ekologiyası

Torpağa az tələbkar, quraqlığa, küləyə davamlı və işıqsevən bitkidir, lakin yarımkölgəlikdə də inkişaf edir.

Azərbaycanda yayılması

Abşeron, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Abşeronun iqliminə yaxşı dözür, tez böyüyür, park və bağların yaşıllıqlarında tək-tək və ya qrup halında istifadə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.