Çılpaqçiçək jasmin

Çılpaqçiçək jasmin (lat. Jasminum nudiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü.

Çılpaqçiçək jasmin
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

0,5 m hündürlüyü olan, qışda yarpaqlarını tökən, dağınıq çətirli koldur. Yarpaqları xırda, ellipsvari, tünd yaşıldır. Yarpaqları açılana qədər erkən yazda sarı, nisbətən iri çiçəklər açır və bitkinin çətirini örtür. Çiçəkləri təkləçəkli, süpürgələrə yığılmış, diametri 2-2,5 sm-ə çatır. Toxumları ellipsvari və ya yumurtavari, diametri 4 mm-dir. Çiçəkləməsi yanvar ayından başlayaraq aprel ayına qədər davam edir. Yan budaqları yerlə sürünür və yaşıl budaqları torpaqla təmasda kök verir. Pöhrələrlə asanlıqla çoxaldılır.

Torpağa az tələbkar, quraqlığa, küləyə davamlı və işıqsevən bitkidir, lakin yarımkölgəlikdə də inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.

Abşeronun iqliminə yaxşı dözür, tez böyüyür, park və bağların yaşıllıqlarında tək-tək və ya qrup halında istifadə olunur.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]