Çaltəhər çubuqluca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çaltəhər çubuqluca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.

Təbii yayılması

Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir.

Botaniki təsviri

Hündürlüyü 3–5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5–3 sm olub, 5–7 ədədi çiçək salxımında toplanmışdır. Kasayarpaqları sıx, boz tüklü, ləçəkləri enli, ellips formalı, sütuncuğu əsasında çılpaq, yarıya qədər bitişik olur. Meyvələri avqust ayında yetişir. 1895-ci ildə introduksiya edilmişdir. Yaxşı çiçəkləyir və toxum əmələ gətirir. Yaz səpinində toxumları yaxşı cücərir, Yazda əkilən yaşıl qələmləri 100%-ə qəqər kök atır.

Ekologiyası

Az kölgəli və işıqlı yerlərdə əkilməyə yararlıdır. Qışa davamlıdır, ancaq çox soyuq qış aylarında cavan əkinlər dona bilər. Yüngül, hava və suyu yaxşı keçirən gillicə torpaqlar yararlıdır. Yay ərzində torpaq bellənir, alaqlar təmizlənir, suvarılır. Bakının bağ və parklarında normal inkişaf etmək üçün müntəzəm suvarılmaya ehtiyacı vardır.

Azərbaycanda yayılması

Azərbaycanda bəzi rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Tək və qrup əkinlərində, çay kənarlarında əkilməsi məqsədyönlüdür.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.