Çin bağı (Sinqapur)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
YaponÇin bağı
ing. Chinese Garden, malay Taman Cina, çin. 裕华园, tam. சீனத்தோட்டம், சிங்கப்பூர்
Məlumatlar
Ölkə
Sahəsi 0,013
Yaradılıb 1975
Saytı jtc.gov.sg
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çin bağı (ing. Chinese Garden) — çin bağı stilində süni adada salınmış park. Park Sinqapurun Qərb rayonunda Curoq su anbarında yerləşir. 1975-ci ildə JTC Corporationşirkəti tərəfindən salınmışdır.

Park pulsuz olarq səhər saat 6:00-dan axşam 19:00 qədər açıq olur. Adaya Yapon bağı parkından uzanan körpü ilə gəlmək mümkündür. Bu iki park birlikdə Curonq baları adlanır.

Parkda hər il ənənəvi olan Çin yeni ili və Payızın ortası bayramı qeyd edilir.

Parkın uzunluğu 630 m, eni 450 metrdir.

Görməli yerləri

Parka giriş

Daş aslan

Parkın əsas girəcəyində iki daş aslan vardır. onlar ənənəvi Çin quruluşuna malikdir[2]. Abidələr tayvan mərmərindən hazırlanmışdır. Çin mədəniyyətində aslan gücü və sadiqliyi simbolizə edir[3].

Körpülər

Çin bağlarında körpülər mühüm rol oynayır. "Ağ qurşaq" adını alan aşırımlı körpü Yapon bağına gedən əsas körpüdür. deyil Pekindəki İxeyuan yay sarayı körpüsünün eynisini təşkil edir[2] Ancaq əsas fərq Pekindəki körpüdən fərqli olaraq 17 deyil 13 aşırımlı olmasıdır.

Paqoda

Şəkil

7 qatlı paqoda elədə göyük olmayan təpənin üzrərində yerləşir. Tikili Nankin şəhərində olan paqodanın əksidir[2].

Bonsay bağı

Bağın bu hissəsi 1992-ci ilin iyununda 3.8 milyon dollara başa gəlmişdir. Burada Çin, Malayziya, Yaponiya, Filippin, İndoneziyaTaylanddan[2] gətirilmiş 2 000 növ bitki vardır.

Burada həmçinin bu incəsənəti öyrətmək üçün kurs vardır[3].

Tısbağa muzeyi

Muzeydə 60 növə aid 200-dən çox tısbağa saxlanılır[2].

Şərq girişi

Bu giriş Chinese Garden metro stansiyasının ağzında yerləşir. parka giriş ancaq qırmızı körpü ilə təmin edilir. Bu girişdə 4 daş aslan vardır.

Burada ənənəvi çin elementlərinə rastlamaq mümkündür.

Mənbə

  • "Официальный сайт". 2014-08-17 tarixində arxivləşdirilib.
  • Виртуальная прогулка по Китайскому саду

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. 1 2 3 4 5 "Chinese Garden" (ingilis). 2018-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  3. 1 2 "Китайский и Японский Сады в Сингапуре ! Life4Trip.ru". Life4Trip.ru (rus). 2015-10-06. 2018-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.