Çin birgözü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çin birgözü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Çindir.

Botaniki təsviri

3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır.

Ekologiyası

May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır. Torpağa az tələbkardır. Kölgəyə davamlıdır. Rütubətli torpaqlarda daha yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Bakı, Gəncə şəhərlərində, rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi

Müxtəlif formalar verməklə yaşıl çəpərlərin salınması üçün istifadə edilir.

İstinadlar

Həmçinin bax