Ligustrum

Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi.

Birgöz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var. Dekorativ bitki kimi də becərilir. Azərbaycanda 1 növü – adi Birgöz (L. vulgare) yabanı halda bitir; parlaq Birgöz, Yaponiya Birgözü, Çin Birgözü və ovalyarpaq Birgöz introduksiya edilib və yaşıllaşdırmada istifadə olunur. Balverən bitkidir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Dekorativ kol bitkisidr. Yaşıllaşmada bu bitkidən qayçılama yolu ilə şar, kvadrat, üçbucaq, küzə və başqa formalar əldə etmək mümkündür. Toxumları və qələmləri ilə çoxaldılırlar.

Kök və yarpaqlarında aşı maddələri vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan florasında adi birgöz növü bitir. Mərkəzi Nəbatat Bağında kolleksiyada 4 növü becərilir.

Canlı çəpər kimi müxtəlif yaşıllıqların salınmasında istifadə olunur. Çiçəklərinin tərkibində efir yağı vardır, ətirli olduqları üçün ətriyyatda işlədilir.