Çubuqvari evkalipt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çubuqvari evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çubuqvari evkalipt (lat. Eucalyptus viminalis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Təbii yayılması

Əsas arealı subtropik ölkələrdir. Tasmaniya, Yeni Cənubi Uels və Viktoriya ştatları, Kvinlend və Cənubi Avstraliyada 900 m yüksəklikdə, dağların zirvəsində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 45–50 m olan, sallaq budaqlı, dekorativ ağacdır. Gövdəsinin qabığı hamar və ağ, vaxtaşırı lentvari soyularaq ağacda sallaq vəziyyətdə qalır, sərtləşir ya da tökülür. Zoğun orta sahəsində yarpaqlar açıq və ya tünd yaşıl rəngli, növbəli, saplaqlı, küt neştərvari, uzunluğu 8-27 sm, eni 4-5 sm olub, yastı və dalğavaridir. Cavan yarpaqlar oturaq və zoğda qarşı-qarşıya yerləşmiş, bəzən yarpağı bükülmüş halda olur, dar və ya geniş neştərvari olub, uzunluğu 5-10 sm, eni 1,3-3 sm, tünd və ya açıq yaşıl rəngli, parlaqdır. Yetkin fərdlərdə də yarpaq növbəli və saplaqlı, neştər və ya oraqvari, uzunluğu 11-18 sm, eni 1,5-2 sm-ə çatır, açıq yaşıl rəngli, yastı və dalğavaridir. Çıçəkləri 3, bəzən 6-8 olmaqla çətir çiçək qrupunda yarpaq qoltuğunda yerləşir, çıçək saplağı qısa və ya oturaqdır. Sütuncuğu silindrvari, 3-6 mm uzunluqdadır. Meyvəsi oturaq və ya saplaqlı, dairəvi, uzunluğu 5-6 mm, diametri 7-8 mm və ya daha böyük olur, diski qabarıqdır.

Ekologiyası

Rütubətsevəndir, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Abşeron, Lənkəran-Astara zonasında becərilir.

İstifadəsi

Dekorativ və efiryağlı bitkidir. Yaşıllaşdırmada və bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.