Eucalyptus

Evkalipt (lat. Eucalyptus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.

Evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Evkalip həmişəyaşıl ağacdır. Əsasən tropik və subtropik iqlim zonalarında təbii şəkildə yayılmışdır. Vətəni Avstraliyada onun boyu 100 metrə çatır. Qabığının quruluşuna görə evkalipt bir neçə qrupa bölünür: qabığı hamar olanlar, parçalanaraq lövhəciklərlə tökülənlər, iri gövdədə və budaqlarda qabığı həmişəlik qalanlar. Yarpaqları ətirlidir, formaca eyni növ daxilində çoxlu müxtəliflik vardır. Hətta bu budaqda belə uzunsov, ovalvari, lansetvari formalı, yaşıl və göyümtül rəngli yarpaqlara təsadüf edilir. Yaşlı budaqlarda yarpaqlar növbəli, cavan budaqlarda isə qarşı-qarşıya düzülşülüdür. Çiçəkləri ağ və qırmızı rəngdə olub, çətirvari və ya süpürgəvari çiçək qrupunda yerləşir.

Qafqazda və Cənubi Qafqazın qərbində subtropik iqlim zonasında, Azərbaycanda subtropik zonada, Zaqatalada, Lənkəranda, Astarada, Bakıda əkilib becərilir. Dünyada evkaliptin 600 növü məlumdur. Təbii halda Azərbaycanda, Tasmaniyada, Yeni Qvineyada, Yeni Zelandiyada və s. yerlərdə yayılmışdır.

Bu bitki ilə 1934-cü ildən bu günə qədər AMEA Nəbatat İnstitutunda, Azərbaycan Tibb Universitetində, Mərdəkan Dendrarisində dərin və hərtərəfli elmi-tədqiqat işi apırılır. Bəzi növləri 155 metr hündürlüyünə və 10–15 m diametrə çatır, tez böyüyən ağaclardır. Azərbaycanda bitən növlərin hamısı subtropik iqlim zonalarında (Lənkəranda, Astarada, Zaqatalada, Göyçayda, Abşeronda) və Kür-Araz ovalığında dekorativ bitki kimi əkilib becərilir. Evkaliptin efir yağının çox qiymətli xüsusiyyətlərinə görə son zamanlar onun dünyada şöhrəti daha da artmışdır. Belə ki, onun efir yağı bir çox mikrobları məhv edir, soyuqlama zamanı onun dəmlənməsindən istifadə edirlər.

Evkaliptdən bağlanmış süpürgədən rus hamamlarında istifadə edirlər. Evkalipt yağı antiseptik, antibakterial, virus əleyhinə, sətəlcəm əleyhinə, ağrı götürücü, spazma götürücü, istilik salan xassələrə malik olduğundan tibbdə ondan geniş istifadə edirlər. Ürək-damar çatışmazlığı, zob xəstəliyi zamanı da evkalipt yağı müalicəvi dərman kimi tətbiq olunur. O eyni zamanda bədəndə ölmüş toxumaları bərpa edir, orqanizmdə qanı oksigenlə zənginləşdirir, qanda şəkərin miqdarını azaldır, qan dövranını yaxşılaşdırır. Evkalipt yağı bronxit, öskürək, revmatizm, artrit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir. Evkalipt yağının antiseptik xassələrinin olması süd vəzilərinin və düz bağırsağın xərçəng xəstəliyində ondan istifadə edilir. Virus xəstəliklərinin qarşısını almaq üçün otağın havasını evkalipt - lavanda yağları ilə qarışdırıb aramatikləşdirirlər.

Evkaliptin efir yağından dermokologiyada və kosmetikada geniş istifadə edilir, yəni dərman səpməsinə qarşı, başda kəpək olduqda, saçın tökülməsinə qarşı, dəridə yanıq və yara olduqda onun tez sağalmasına və dərinin tez bir zamanda regenerasiya olmasına kömək edir. Fizioterapiyada onun yağından inqalyasiya edərək yuxarı nəfəs yollarının müalicəsində son 30 ildə geniş istifadə olunur. Onun yağından alınmış maz vasitəsi ilə bədən masaj olunduqda oynaqlarda olan duzlar tamamilə bədəndən yox olur. Xalq arasında Evkalipti - "möcüzə ağacı" adlandırırlar, ona görə ki, bu ağac bataqlıq yerlərinin suyunu tez buxarlandıraraq qurudur və təsadüfi deyil ki, malyariya xəstəliyinin yayıldığı rayonların sakinləri onu "həyat ağacı" adlandırırlar. Evkalipt yağından formokologiyada qrip xəstəliyinə qarşı istifadə olunan "İnqolen" dərmanının əsas tərkib hissəsini təşkil edir. Onun yağının tərkibində geraniol, sitronellol, limonen olduğunu nəzərə alaraq ətriyyatda ondan yüksək keyfiyyətli ətirlər hazırlanır. Bu yağdan hazırlanmış emulsiya dizenteriya, difteriya, streptokokki, stafilokokki çöplərinə qarşı məhvedici təsir göstərir.

Evkalipt ağacının dövrəsindən gəmiqayırmada, kağız emalında, onun kökündən dubil maddələri və rəngləyici maddələr (qırmızı, qəhvəyi rəng) alınır. Evkalipt ağacının ən mühüm xüsusiyyətlərindən biri olan fitonsid xassəyə malik olmasıdır. Yəni o özündən gün ərzində 20 kq-dan çox fitonsid maddəsi buraxır və ətrafdakı mikrobları, bakteriyaları, ibtidailəri 1,5 dəqiqə ərzində məhv edir. Bu siyahını çox davam etdirmək olar və bütün bunlar Evkaliptin çox qiymətli bəzək və dərman bitkisi olduğunu göstərir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Aromadendron Andrews ex Steud.
  • Aromadendrum W.Anderson ex R.Br.
  • Eucalypton St.-Lag.
  • Eudesmia R.Br.
  • Symphyomyrtus Schauer