Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
Ümmü İshaq | |
---|---|
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah أم إسحاق | |
Həyat yoldaşları |
|
Uşaqları |
Hüseyn əl-Əhram ibn Həsən |
Atası | Təlhə ibn Ubeydullah |
Anası | əl-Cərbə binti Kəsamə |
Milliyyəti | ərəb |
Dini | İslam |
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi.
Bioqrafiya
Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir.[1] Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi.[1] Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi.[2]
Uşaqları
Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.[3] Onun Hüseyndən bir qızı da var idi: Fatimə əl-Kübra.[4] O, həmçinin Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrdən Əminə adlı bir qızı dünyaya gətirdi.[5]
İstinadlar
- ↑ 1 2 Iṣfahānī. Al_Aghani. 21. 78. 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ A. J. Al-Baghdadi. Al-Muhbir. Beirut: Dar al-Afaq al-Jadidah.
- ↑ Mufīd. al-Irshād. 2. 20. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ Mufid. Al_Irshad. 2. 135. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ Zubayrī, Nasab, 50; Ibn Sa'd, Ṭabaqāt, III/1, 152.