Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi.
Ümmü İshaq | |
---|---|
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah أم إسحاق | |
Həyat yoldaşları |
|
Uşaqları |
Hüseyn əl-Əhram ibn Həsən |
Atası | Təlhə ibn Ubeydullah |
Anası | əl-Cərbə binti Kəsamə |
Milliyyəti | ərəb |
Dini | İslam |
Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir.[1] Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi.[1] Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi.[2]
Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.[3] Onun Hüseyndən bir qızı da var idi: Fatimə əl-Kübra.[4] O, həmçinin Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrdən Əminə adlı bir qızı dünyaya gətirdi.[5]