Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır.
Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir.[1] Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir.[2]
Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır.[2] Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır. Xaraba vəziyyətindəki Kəbəni bərpa etdirdi. Ərəblərin Kəbə ətrafında ev inşa etmələrinə icazə verdi. Ərəb Yarımadasındakı ilk bələdiyyə binasını tikdirdi. Burada digər qəbilə liderləriylə siyasi, iqtisadi və mədəni problemlərin, mübahisələrin həllini tapmağa çalışdı. Yığdığı vergilərlə İslamdan çox əvvəl Kəbəyə gəlməkdə olan hacıları yemək və su təmin etdi.